Modern.az

Qətl törədən 18 yaşlı oğlana ağır cəza verildi

Qətl törədən 18 yaşlı oğlana ağır cəza verildi

Aktual

28 İyul 2025, 13:24

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxsin ttiham olunduğu maddənin 126.3-cü maddəyə tövsif olunmasını və təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.

Həsən Kazımov son sözlə çıxış edərək peşman olduğunu bildirib. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Həsən Kazımova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı Həsən Kazımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 16-da paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində baş verib. İttihama görə, Həsən Kazımov küçədəki kafeyə girərkən nalayiq ifadələr işlədən gənclərə xəbərdarlıq edib və bundan sonra mübahisə yaranıb. Bu zaman Həsən Kazımov Ümid Soltanovun qarın nahiyəsinə üzərindəki ov bıçağı ilə zərbələr endirib.

Ümid Soltanovun aldığı xəsarətdən xəstəxanada həyatını itirib.

Həsən Kazımova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) , 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var