"Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Yeni fərmanla Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri siyahıdan çıxarılıb:
1. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi;
2. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru;
3. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru;
4. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru;
5. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru;
6. Heydər Əliyev Sarayının direktoru;
7. Bakı Dövlət Sirkinin direktoru;
8. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru;
9. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru;
10. Beynəlxalq Muğam Mərkəzinin direktoru;
11. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru;
12. Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in direktoru;
13. Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru.
14. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.
Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan "Cihaz İstehsalat Birliyi" MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.