Modern.az

Bakıda məşhur futbolçunun evindən oğurluq

Bakıda məşhur futbolçunun evindən oğurluq

Aktual

28 İyul 2025, 20:31

Bakıda məşhur futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məhkəmə qarşısına çıxarılıb.

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən şəxs 1980-ci il təvəllüdlü, Ucar rayon sakini A.S.-dir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə ittiham olunub.

İstintaqla müəyyən edilib ki, A.S. 1 iyun 2022-ci ildən dövlət qurumlarından birində baş mütəxəssis vəzifəsində çalışıb. Zərərçəkmiş şəxs Cavid Tağıyevin həyat yoldaşı G.M. da eyni qurumda baş mütəxəssis işləyib və təqsirləndirilənlə yaxın rəfiqə olublar.

A.S.-nin təxminən 5 min manat borcu olduğu üçün o, G.M.-nin evindən oğurluq etməyə qərar verib. Əvvəlcə otağa daxil olaraq G.M.-nin çantasından ev açarını oğurlayıb. 2024-cü ilin iyun ayında G.M. ailəsi ilə Türkiyəyə istirahətə yollandıqdan sonra A.S. onun mənzilinə daxil olaraq 6 min 500 manat dəyərində əmlak oğurlayıb. Bu hadisədən ev sahibləri 8 ay xəbərsiz olublar.

A.S. növbəti oğurluğu 1 yanvar 2025-ci ildə törədib. Belə ki, Cavid Tağıyev ailəsi ilə Tovuz rayonuna yollanıb. A.S. bu dəfə onun mənzilinə daxil olaraq aşağıdakı əşyaları oğurlayıb:

* 2500 manat dəyərində "Tissot” markalı kişi qol saatı,
* 6000 manat dəyərində ağ qızıldan nişan üzüyü,
* 800 manat dəyərində üç cüt uşaq qızıl sırğası,
* 700 manatlıq daha bir "Tissot” kişi qol saatı,
Ətraflı
* 400 manatlıq qızıl sırğa,
* 50 manatlıq cins gödəkcə,
* 50 manatlıq digər bir gödəkcə,
* 30 manatlıq cins şalvar,
* 400 manatlıq "Canon” fotoaparat və
* 300 manat nağd pul.

Nəticədə zərərçəkmişə ümumilikdə 11 min 230 manat maddi ziyan dəyib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir