Modern.az

Fransanın nüvə sirləri oğurlandı

Fransanın nüvə sirləri oğurlandı

Aktual

29 İyul 2025, 08:00

"Neferpitou” ləqəbli haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti “Naval Group”un daxili məlumatlarına giriş əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb.

 

Kiberhaker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Dərc edilmiş məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları daxildir.

 

Kibercinayətkarlıq üzrə ekspert Klement Domiqo bu məlumatların onlayn yayımlandığını təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi