Modern.az

Deputat seçicilərinə hesabat verdi

Deputat seçicilərinə hesabat verdi

Aktual

29 İyul 2025, 11:28

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2025-ci ilin yaz sessiyasını əhatə edən hesabat təqdim edib.

Modern.az-ın məlumatına görə, Ceyhun Məmmədov qeyd edib ki, hər bir seçicinin yanında olmağa, onların problemləri ilə yaxından maraqlanmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışıb.

Deputat həmçinin, ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirməyin, şəhid ailələri ilə sıx əlaqədə olmağın, gənclərin marifləndirilməsi yolunda təşkil edilən  tədbirlərə qatılmağın fəaliyyətinin ən vacib istiqamətlərindən olduğunu qeyd edib.

O bildirib ki, hesabat dövründə ümumilikdə 68 yazılı, 156 şifahi, sosial şəbəkələr vasitəsilə isə 183 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

Deputat bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını bildirib.

Ceyhun Məmmədov seçicilərinə verdiyi hesabata dair məlumatı daha geniş formada sosial şəbəkədə paylaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi