Modern.az

DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda QƏRAR

DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda QƏRAR

Aktual

29 İyul 2025, 18:56

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbsdə saxlanılma müddəti uzadılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

 

Məhkəmə iş üzrə əlavə sübutların toplanılmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.

 

Qeyd edək ki, Nicat Hüseynov DTX tərəfindən AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir. Xatırladaq ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkarlanmış qanun pozuntuları ilə əlaqədar Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıblar və qanunazidd əməllərlə bağlı DTX-də cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi