Modern.az

Həbsdə olan baş redaktorun cəzası azaldıldı

Həbsdə olan baş redaktorun cəzası azaldıldı

Aktual

29 İyul 2025, 19:29

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb.

 

Modern.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmündə dəyişiklik edilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciət əsasında saxlanılıb.

 

Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrarən hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, Habil Vəliyev bundan əvvəl də eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi