Modern.az

Dövlət xəstəxanalarında ciddi dərman çatışmazlıqları var - Palata

Dövlət xəstəxanalarında ciddi dərman çatışmazlıqları var - Palata

Aktual

30 İyul 2025, 15:04

2023–2024-cü illərdə İcbari Tibbi Sığorta Fondundan ayrılmış vəsaitlər hesabına həyata keçirilən cərrahiyə əməliyyatlarının əksəriyyəti dövlət tibb müəssisələri deyil, özəl tibb müəssisələri tərəfindən icra olunub.

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondda apardığı audit nəticələrindən bildirilib. Belə ki, dəyəri 5 000 manat və daha yüksək olan əməliyyatların 90%-dən çoxu özəl sektorda həyata keçirilib. Bu isə dövlət tibb müəssisələrinin kadr və texniki təminat potensialının zəif olduğunu və maliyyə resurslarından tam istifadə edə bilmədiyini göstərir.

Audit eyni zamanda dərman və tibbi sərfiyyatla bağlı ciddi çatışmazlıqları da üzə çıxarıb. Dövlət proqramları çərçivəsində alınan dərmanların bir hissəsi ehtiyacdan az proqnozlaşdırılıb, digərləri isə vaxtında ünvanlara çatdırılmayıb. Nəticədə, həmin dərmanlar və tibbi ləvazimatlar ehtiyac sahiblərinə həmin il ərzində təqdim olunmayıb, bu da əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.

Qeyd olunur ki, bəzi hallarda dərman və tibbi sərflərin tariflərdə təkrar nəzərə alınması, habelə idxal qiymətindən yüksək məbləğlərlə alışlar, səmərəsiz xərclənmə və qiymət uyğunsuzluqları ilə nəticələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi