Modern.az

Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi

Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi

Aktual

30 İyul 2025, 17:52

İran Prezidenti Məsud Pezeşkianın Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə etdiyi çıxışının mətni İran Prezident Administrasiyanın saytında dərc olunub.

Modern.az xəbər verir ki, “Anadolu” agentliyinin (AA) məlumatına görə, Pezeşkian çıxışında qonşular və region ölkələri ilə əlaqələrin əhəmiyyətinə toxunub və bu kontekstdə Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıraraq, bu məsələni şərh edib: "Qonşularımız və regional ölkələrlə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdən nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmağa ehtiyac yoxdur".

İran prezidenti deyib: "Biz qonşularımızla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində yanaşmalıyıq. Biz həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdən keçirməliyik".

İran İslam İnqilabı rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti isə gecə-gündüz Zəngəzur dəhlizinin əleyhinə danışır. Məsud Pezeşkianın çıxışı bir daha göstərir ki, İranın molla rejimi ilə xalqın seçdiyi prezident arasında bir çox məsələlərə yanaşmada kəskin fərq var. Bu fərq Zəngəzur dəhlizi məsələsinə münasibətdə də özünün tam çılpaqlığı ilə göstərir...
 

Elbəyi HƏSƏNLİ,
Sürix

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!