Modern.az

Azərbaycanda bu müavinətlər artıb - Nazirlik məlumat yaydı

Azərbaycanda bu müavinətlər artıb - Nazirlik məlumat yaydı

Aktual

30 İyul 2025, 19:33

2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin icrası digər sosial ödənişlər kimi birdəfəlik müavinətlərdə də ciddi artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, həmin dövrdə birdəfəlik müavinətlərin məbləği uşağın anadan olmasına görə 6,7 dəfə artırılaraq 600 manata, dəfn üçün isə 5 dəfə artırılaraq 600 manata çatdırılıb.

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətdə də 1,5 dəfə artım olub və hazırda məbləği 300 manatdır.

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin məbləği isə 2018-2025-ci illərdə 3,5 dəfə artırılaraq 1600 manata çatdırılıb.

1452815

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!