Modern.az

Yevlaxda ailə faciəsi - Ata və qızının meyiti tapıldı

Yevlaxda ailə faciəsi - Ata və qızının meyiti tapıldı

Aktual

31 İyul 2025, 23:59

Yevlaxda evdən ata və qızının meyiti tapılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. 

 

Rayon sakini 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı 2002-ci il təvəllüdlü Səbinə Bayramova isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.

 

Evdən səs gəlməyən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüb.

 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

 

***

22:56

Yevlaxda evdə 2 meyit aşkarlanıb

 

Modern.az xəbər verir ki, hadsə evlərin birində qeydə alınıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir