Modern.az

Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Aktual

4 Avqust 2025, 13:00

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna səfiri "Facebook"da yazıb.

"Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram", - deyə o qeyd edib.

Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa İttifaqına gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib:

"Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram!".

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir