Modern.az

Ədalət Partiyasına reyestrdən çıxarış təqdim edildi

Ədalət Partiyasına reyestrdən çıxarış təqdim edildi

Aktual

4 Avqust 2025, 13:24

Ədalət Partiyasına Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrindən çıxarış təqdim edilib.

Bu barədə Modern.az-a Ədalət partiyasının sədri Mütəllim Rəhimli məlumat verib.

M.Rəhimli deyib ki, mayın 17-də Ədalət partiyasının IX qurultayından sonra reyestrdən çıxarış almaq üçün lazımi sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsinə təqdim edilib.

Nəhayət araşdırmalar yekunlaşdı və Nazirlik partiyaya çıxarış verdi.

Bu o deməkdir ki, Ədalət partiyasının fəaliyyəti hüquqi xarakter daşıyır. Partiyamızın fəaliyyəti üçün artıq heç bir prodsedur cətinliyi qalmayıb. Biz mərhum sədrimiz İlyas İsmayılovun siyasi varisləri olaraq, Ədalət partiyasının milli mənafelərə xidmət edən fəaliyyətini davam etdirəcəyik. Qarşımızda partiya quruculuğu istiqamətində bir sıra mühüm vəzifələr dayanır. Bundan sonra onların həllinə çalışacağıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir