Modern.az

Naxçıvanda yol təmirinə 5.2 milyon manat pul ayrıldı

Naxçıvanda yol təmirinə 5.2 milyon manat pul ayrıldı

Aktual

4 Avqust 2025, 13:40

Naxçıvcan Muxtar Respublikasının Ordubad rayonunda bir sıra yollarda əsaslı təmir işləri aparılacaq.

Modern.az-ın məlumatına görə, rayonun Anabad və Gənzə, Kələntərdizə və Qoşadizə, eləcə də, Aza Darkənd kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq.

Belə ki, Ordubad Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.

RİH sözügedən işlərin icrasını “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 5 215 480 manat ödənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir