Modern.az

Qol güləşi üzrə ölkə kuboku - FHN əməkdaşlarında yüksək nəticə

Qol güləşi üzrə ölkə kuboku - FHN əməkdaşlarında yüksək nəticə

Aktual

6 Avqust 2025, 10:25

2-3 avqust 2025-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş qol güləşi üzrə yeniyetmələr, gənclər, böyüklər, usta və veteranlar arasında ölkə kuboku keçirilib.

Modern.az xəbər verir ki, çempionatda respublikanın müxtəlif şəhər, rayon və idman cəmiyyətlərindən  müxtəlif çəki dərəcələri üzrə 500-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.Yarışda iştirak edən FHN-in qol güləşi üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar.

Belə ki, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı mayor Rəşad Kəsəmənli 63 kq çəki dərəcəsində sağ və sol qol üzrə 5 görüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub.Komandanın digər üzvləri Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105 kq çəki dərəcəsində 6 döyüş keçirərək sol qolda qızıl, sağ qolda isə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Sənan Şükürov isə 86 kq çəki dərəcəsində 5 döyüş keçirərək sol qol üzrə qızl medala yiyələnməyi bacarıblar.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

5 avqust 2025-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkə kubokunda nailiyyət qazanmış əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzılayıb.

Qeyd edək ki, komandanın üç üzvü qol güləşi üzrə oktyabr ayında Bakıda keçiriləcək Dünya çempionatına vəsiqə qazanıb.

1454001

1454002

1453999

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir