Modern.az

Çimərliklərdə yoluxucu xəstəlik aşkarlanıb? - RƏSMİ

Çimərliklərdə yoluxucu xəstəlik aşkarlanıb? - RƏSMİ

Aktual

6 Avqust 2025, 14:50

Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə Apa-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq infeksiyasına yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir