Modern.az

Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

Aktual

6 Avqust 2025, 17:23

Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

Modern.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib.

Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur.

"Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi", - axund əlavə edib.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza