Modern.az

Bakıda quldurluq edən şəxs saxlanıldı

Bakıda quldurluq edən şəxs saxlanıldı

7 Avqust 2025, 10:40

Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir