Modern.az

Ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi

Ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi

Aktual

7 Avqust 2025, 10:44

Biləsuvar rayonunda ətraf mühiti çirkləndirən 15 nəfər barəsində inzibati tədbir görülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.

Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir