Modern.az

“Çar Rusiyası - xalqlar həbsxanası” adlı xəritə üzə çıxdı - Moskvada çap olunub

“Çar Rusiyası - xalqlar həbsxanası” adlı xəritə üzə çıxdı - Moskvada çap olunub

Aktual

7 Avqust 2025, 14:00

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Çar Rusiyası - xalqlar həbsxanası” (rusca: "Царская Россия - тюрьма народов") adlı xəritəni üzə çıxarıblar.

Tarixçilərin bu haqda Modern.az-a birgə açıqlamasında bildirilir:

“Bu xəritə “İmperializm” adlı albomda (Moskva, 1936) çap olunub. Lenin çar Rusiyasını “xalqlar həbsxanası” adlandırsa da, sovet Rusiyası 1922-ci ildə yeni “xalqlar həbsxanası”na - Sovet imperiyasına çevrildi.

Oxuculara “Rusiyanın Asiyada ekspansiyası” (ingiliscə: "Russian expansion in Asia") adlı xəritə barədə də məlumat vermək istəyirik. Bu xəritə tanınmış “Britannica” ensiklopediyasında təqdim edilib. Xəritədən aydın görünür ki, 1533-cü ildə Rusiyanın ərazisi çox kiçik olub (qəhvəyi rəngdə). Bu xəritə onu da sübut edir ki, Rusiya işğallar (müxtəlif rənglərdə) sayəsində öz ərazisini genişləndirərək, böyük bir imperiyaya çevrilib”.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir