Modern.az

Mərkəzi Parkın ərazisinin genişləndirilməsinə start verildi

Mərkəzi Parkın ərazisinin genişləndirilməsinə start verildi

Aktual

7 Avqust 2025, 14:52

Mərkəzi Parkın genişləndirilməsinə start verilir.

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Mirzəzadə “Sovetski” adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Bakı şəhərində tarixi və mədəni irsin qorunması, yaşıllıq sahələrinin salınmadı şəhərin Baş Planının əsas inkişaf hədəflərindəndir

Bu səbəbdən Mərkəzi Parkın genişləndirilməsinə start verilir.

Bundan sonra 21 hektarlıq ərazi yenidən qurulacaq.

Ərazidə uşaq meydançasının, qapalı dayanacağın yaradılması nəzərdə tutulur.

Təzəpir məscidi ətrafında tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun yenidən qurulacaq.

Dövlətin xüsusi mühafizəsində saxlanılan, abidə olmayan, lakin tarixi yükə malik olan abidələrin yenidən quruıması da planlar arasındadır", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir