Modern.az

Şəmkir sakinindən 11 kiloqram narkotik götürüldü

Şəmkir sakinindən 11 kiloqram narkotik götürüldü

Aktual

8 Avqust 2025, 09:00

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Şöhrət Mahmudov saxlanılıb.

DİN Mətbuat Xidməti Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 10 kiloqram narkotik vasitə marixuana, 1 kiloqram tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir