Modern.az

Aliment borcunu ödəməyən ata həbs olundu

Aliment borcunu ödəməyən ata həbs olundu

Aktual

8 Avqust 2025, 10:16

Tovuz rayonu, Qovlar qəsəbə sakini 8126 manat aliment borcunu ödəmədiyi üçün həbs olunub.

Modern.az  "Trend"ə istinadə məlumat verir ki, o, 2023-cü ildən başlayaraq 2 azyaşlı övladı üçün ödəməli olduğu 440 manat alimenti üzrsüz səbəbdən ödəməyib.

2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir