Modern.az

Rəşad Nəbiyev veteran cüdoçu ilə görüşdü

Rəşad Nəbiyev veteran cüdoçu ilə görüşdü

Aktual

8 Avqust 2025, 12:45

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb.

Modern.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

R.Nəbiyev əməkdar bədən tərbiyəsi və idman xadimi ilə 80 illik yubileyi ərəfəsində görüşdüyünü diqqətə çatdırıb:

"Əhməddin müəllimin cüdonun Azərbaycanda formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, yetişdirdiyi idmançılar və məşqçi kimi qazandığı nailiyyətlər hər zaman təqdirəlayiq olub. Ölkə cüdosuna verdiyi dəyərli töhfələrə görə ona təşəkkür edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayıram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir