Bakıda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.
Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs tutulub.
Faktlarla bağlı araşdırma aparılır.