Modern.az

Mingəçevir ağsaqqalları toplaşdı: dəbdəbəli yas mərasimləri müzakirə edildi

Mingəçevir ağsaqqalları toplaşdı: dəbdəbəli yas mərasimləri müzakirə edildi

Aktual

9 Avqust 2025, 16:19

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Mingəçevir Şəhər Ağsaqqallar Şurasının  hesabat konfransı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Undər Heydər Əliyevin abidəsinin ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, şəhərin ictimai-siyasi və mədəni həyatında, gənc nəslin təlim və tərbiyəsində, onlarda vətənpərvərlik hissinin artırılmasında ağsaqqallarımızın böyük əməyi vardır. 

Sonra Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov hesabat məruzəsi ilə çıxış edərək gənclərlə, şəhid ailələri və qazilərlə keçirilən görüşlərdən, bir çox əhəmiyyətli tədbirlərdə iştiraklarından, şəhərdə həyata keçirilən abadlıq, quruculuq işləri və digər layihələrin reallaşmasına göstərdikləri dəstəkdən bəhs edib. 

Konfransda Şəhər Ağsaqqallar Şurasının üzvləri də çıxış edərək fikir və təkliflərini bildiriblər. Hüzr mərasimlərinin sadələşdirilməsi, dəbdəbəli ehsan süfrələrinin qadağan edilməsi, israfçılığın qarşısının alınması, gənclərlə daha mütəmadi və geniş görüşlərin keçirilməsi kimi təkliflər səsləndiriblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında bu gün sıralarında 35 mindən çox üzvü birləşdirən Şuranın geniş və səmərəli fəaliyyətindən, eləcə də ağsaqqallıq institutunun tarixindən söz açaraq ağsaqqal sözünün, xeyir-duasının xalqımız tərəfindən həmişə yüksək qiymətləndirildiyini, ağsaqqalların Azərbaycanda və bütün Türk dünyasında hər zaman böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb.  Sonra  natiq tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin tarixi “XXI əsr türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirlərini  xatırladaraq vurğulayıb ki, həqiqətən də bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qızıl əsrini yaşayır. Hazırda ABŞ-də səfərdə olan dövlət başçımız ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri diplomatiya sahəsində uğurla davam etdirir. Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti cənab Donald Trampla və digər şəxslərlə keçirdiyi görüşlərdə növbəti nailiyyətlərə imza atacaq. Bu uğurlar fonunda biz də öz əməli fəaliyyətimizlə ölkə başçısına, dövlətimizə dəstək olmalı, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.
 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza