Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevi təbrik edib.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.