Modern.az

Təhlükəli manevrlər edən “KamAZ” sürücüsü həbs edildi - VİDEO

Təhlükəli manevrlər edən “KamAZ” sürücüsü həbs edildi - VİDEO

Aktual

11 Avqust 2025, 11:09

Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “Kamaz” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu həbs edilib.

Modernaz xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, sürücü stasionar postda xidmət aparan YPX əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.

Bildirilib ki, Yol Patrul Xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb.Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilmişdir.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza