Modern.az

“20 Yanvar”da doğulan körpənin vəziyyəti AÇIQLANDI

“20 Yanvar”da doğulan körpənin vəziyyəti AÇIQLANDI

Aktual

11 Avqust 2025, 11:11

Avqustun 8-i metronun "20 Yanvar" stansiyasında dünyaya gələn körpənin vəziyyəti açıqlanıb.

Modern.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur:

"Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur.

Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib.

Vəziyyətində yaxşılaşma müşahidə olunur.

Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır.

Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza