Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevi təltif edib.
Modern.az-ın məlumatına görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən, Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sənəddə qeyd edilib ki, R.Vəliyev Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif olunur.