Modern.az

Pezeşkian türk adları ilə bağlı qadağaların ləğvini tapşırdı

Pezeşkian türk adları ilə bağlı qadağaların ləğvini tapşırdı

Aktual

12 Avqust 2025, 11:01

İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan "Balamın adı" kampaniyasına İran Prezidenti Məsud Pezeşkian reaksiya verib.

Modern.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, M.Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar "Balamın adı" kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

Təşkilatçılar bildirirlər ki, məqsəd İran qanunvericiliyinin "Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında" qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza