Modern.az

Müalicə yollayışlarının necə faizini müraciət edən ödəyir? – RƏSMİ CAVAB

Müalicə yollayışlarının necə faizini müraciət edən ödəyir? – RƏSMİ CAVAB

Aktual

12 Avqust 2025, 17:08

“Müalicə yollayışının verilməsi üçün müraciət edən şəxs onun dəyərinin 15 faizini ödəyir. Həyat yoldaşı əmək pensiyaçısı, sosial sığorta ödəyicisi və ya həmkarlar ittifaqı üzvü olduğu isə bu faiz 15 olur. Lakin həyat yoldaşı bu üç şərtdən heç birinə uyğun gəlmədiyi halda onun yollayışının dəyərinin 50 faizi ödənilməlidir".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov söyləyib. 

Qeyd edib ki, müalicə yollayışlarında yalnız həyat yoldaşı ailə üzvü hesab olunur : "İstirahət yollayışlarında həyat yoldaşı və 18 yaşa qədər övladlar, 18-23 yaş arası subay və işləməyən tələbələr ailə üzvü hesab oluna bilərlər. Bu halda yollayışın ümumi dəyərinin 15%-i ailə tərəfindən ödənilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza