Modern.az

“Qızılbaş Qlobal İrsi” Təşkilatı İlham Əliyevə məktub göndərdi

“Qızılbaş Qlobal İrsi” Təşkilatı İlham Əliyevə məktub göndərdi

Aktual

12 Avqust 2025, 17:10

“Qızılbaş Qlobal İrsi” Təşkilatı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

Müzəffər Ali Baş Komandan, 

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

“Qızılbaş Qlobal İrs” Təşkilatı adından Sizə, Ermənistan Respublikasının Baş Naziri ilə birlikdə ABŞ Prezidenti cənab Donald Trumpun şəxsən iştirakı ilə Ağ Evdə imzalanan sülh və əməkdaşlıq sazişi münasibətilə ən səmimi təbriklərimizi çatdırır, bu mühüm tarixi hadisənin Azərbaycan xalqı və regionun sabitliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq istərdik.

Bu razılaşmanın əldə olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm dönüş nöqtəsidir. Sizin yüksək idarəçilik qabiliyyətiniz, qətiyyətli və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan son illərdə iqtisadi inkişaf, beynəlxalq nüfuz və regional əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olmuşdur.

Tarixi baxımdan, Azərbaycan xalqının böyük sərkərdəsi və mütəfəkkiri Şah İsmayıl Xətai ilə başlayan milli müstəqillik və dövlətçilik ənənəsi, bu gün Sizin liderliyinizdə yeni dövrünü yaşayır. İlham Əliyevin uzaqgörən rəhbərliyi və milli maraqlara sədaqəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, mədəni və tarixi dəyərlərin qorunmasına və inkişafına zəmin yaratmışdır.

Ölkəmizin işğaldan azad edilən ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proqramları, eləcə də regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətlər Sizin liderliyinizin və dövlətçilik ənənələrinin parlaq nümunəsidir.

Biz, "Qızılbaş Qlobal İrs" Təşkilatı olaraq, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin təmsilçiləri kimi, bu tarixi və strateji mərhələdə Sizin yanınızda olduğumuzu bildirmək istəyirik. Azərbaycanın tərəqqisi və regionda davamlı sülhün təmin olunması naminə gördüyünüz əvəzsiz işləri yüksək qiymətləndirir, gələcək fəaliyyətlərinizdə uğurlar diləyirik.

Hörmətli Cənab Prezident, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikasının daha da güclənəcəyinə və beynəlxalq səviyyədə nüfuzunun artacağına tam əminik. Gələcək nəsillər üçün əmin-amanlıq və firavanlıq təmin edən bu mühüm addımların uğurlu nəticələrini görmək arzusu ilə Sizə möhkəm cansağlığı və şəxsi xoşbəxtlik diləyirik.

Hörmətlə,
“Qızılbaş Qlobal İrsi” Təşkilatı

Aşağıda adı qeyd olunan hörmətli üzvləri ilə birlikdə:

1.    Babək Hüseynli – Sədr, Bakı, Azərbaycan
2.    Dr. Arşi Kızılbaş – Delta Health Şirkətlər qrupunun Rəhbəri, Nyu-York, ABŞ; Qızılbaş Qlobal İrsi Təşkilatının Sədr Müavini
3.    Zülfiqar Əli Qızılbaş – iVivity Consulting Şirkətinin prezidenti Atlanta, ABŞ
4.    Ağa Zeyn Qızılbaş – Pakistan–Azərbaycan Texniki Əməkdaşlıq Təşkilatının Direktoru Bakı, Azərbaycan
5.    Əlisina Əfşar – “Əfşar Ulduzu” Tədris Mərkəzinin direktoru və Azərbaycan dili müəllimi, Kabil, Əfqanıstan
6.    Sərdar Əli İrtiza Qızılbaş – Messrs Sohail & Butt LLP Hüquq şirkətinin vəkili, Pişəvər, Pakistan
7.    Əli Əfşar – Guangzhou Afshar Şirkətinin rəhbəri, London, Böyük Britaniya
8.    Briqada Generalı (təqaüddə) Əli Rza Qızılbaş – Pakistan Silahlı Qüvvələrinin təqaüdçü zabiti; İnsan Resursları Direktoru, Lahor, Pakistan
9.    Səba Qızılbaş – Rəssam və Pedaqoq, Oksford Universiteti; Oksford, Böyük Britaniya
10.    Mirzə Əsəd Həsən Qızılbaş – Kemper Securities (Uol Strit) şirkətinin İnvestisiyalar üzrə Vitse-Prezident; Nyu-York Fond Birjasının üzvü, Nyu-York, ABŞ
11.    Səna Bətul Qızılbaş – Rəssam və Abstrakt Ekspressionizm üzrə mütəxəssis, Malayziya
12.    Ağa Əli Heydər Qızılbaş – Pakistan Parlamentinin Millət vəkili
13.    Dr. Əli Kumail Qızılbaş – Professor, Şair və Yazıçı, Bəlucistan Universiteti, İslamabad, Pakistan
14.    Əli İqbal Qızalbaş – Pakistan Ali Məhkəməsinin Vəkili, Pişəvər, Pakistan
15.    Ağa Sərvər Rza Qızılbaş – Pakistan Nazirlər Kabinetinin eks katibi, Lahor, Pakistan
16. Əsəd Qızılbaş – Musiqi ustası, Belçika Krallığı, Brüssel
17. Vahid İbayev- "Qızılbaş Qlobal İrs" təşkilatının kommunikasiya moderatoru , Azərbaycan, Bakı
18. Məşud Hüseyn "Powertech" Baş icraçı direktor, İngiltərə
19. Um Əli Qızılbaş, Qızılbaş-Səfəvi tarixi üzrə araşdırmaçı, Dubay, Səudiyyə Ərəbistanı
20. Doktor Əli Həsən Qızılbaş, Toronto Universitetinin professoru, Toronto Kanada
21. Rubina Qızılbaş, Sufizm fəsəfəsi üzrə müxtəlif kitab və nəşrlərin müəllifi, Boston, ABŞ 
22. İmtiaz Qızılbaş- Məşhur mühəndis, WAPDA(Pakistan Su və Enerji Qurumu) -nın qurucusu, qlobal məsləhətçi, Lahor, Pakistan 
23. Zeynəb Qızılbaş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf üzrə məsləhətçisi, Atlanta, ABŞ 
24. Heydər Qızılbaş Pakistanın məşhur işə qəbul şirkəti  "Karyera Pakistan"-ın qurucusu və Rəhbəri, İslamabad, Pakistan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı