Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədrliyinə namizədliyini verib-verməyəcəyi ilə bağlı Modern.az-a danışıb.
O bildirib ki, sədr postuna namizədliyini irəli sürmək fikrindədir.
"Bəlli olduğu kimi, Ana Vətən Partiyası sədrinin təşəbbüsü ilə bu ilin oktyabr ayında növbədənkənar qurultay keçiriləcək. Partiyanın sədri Fəzail Ağamalı sədrlikdən istefa vermək fikrindədir. Qurultayda sədrliyə namizədliyimi irəli sürmək fikrindəyəm. Təbii ki, son söz qurultayındır",-G.Ağamalı deyib.