Modern.az

Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi

Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi

Aktual

13 Avqust 2025, 22:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Duruca kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

 

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Bakı şəhər sakini olan 1959-cu il təvəllüdlü qadının dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

 

Xilasedicilər çətin keçidli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu