Modern.az

Bu bizim evimizdir... - FOTO 

Bu bizim evimizdir... - FOTO 

Aktual

14 Avqust 2025, 09:04

Bilirsiz  bir evə qayıtmaq var, bir də evin sənə qayıtması var.

Biz illərlə xəritədə olan, amma həyatda olmayan bir evin həsrətini çəkdik. Mən uşaq olanda böyüklərim həmeşə danışardı: “Bizim bir həyətimiz vardı, meyvə ağacları, su cəni, iki mərtəbəli ev və daha nələr...” köçkün həyatı yaşan bir uşaq kimi düşünürdüm ki, bu nədir, evdir, ya nağıldır?

Sonra böyüdüm, başa düşdüm ki hə, bu nağıl həqiqət olub.

İllər keçdi və bir gün o xəbər gəldi, Xankəndi Azaddır: “Qayıdırıq!”

O an anladım ki, ən gözəl cümlə “Səni sevirəm” yox, “Qayıdırıq!” imiş.

Gəldik doğma şəhərimizə. Birinci gördüyüm şey nə oldu? Bir pişik! Bizim pişik deyil, amma elə baxırdı ki, sanki deyir: “Haradaydınız bunca il? Mən burada növbə çəkirdim.”

Evimizi gördüm divarlarında çat var, bir azda ucub dağılıb. Amma inanın, mənim gözümə ən gözəl saray kimi gəldi. Çünki oranın divarları məni tanıyır. Deyir: “Sən o balaca uşaqsan ki, burda ayağını qapıya sıxmışdın.” iki yaşımda gedib, 38 yaşımda qayıtdığım doğma evim. Hansı ki, bu evi atam Cəlil öz zəhməti ilə tikib.
Torpağa əl vurdum  bax, o hiss izah olunmur. Elə bil illərlə dostunu görməmisən, bir qucaqlayırsan, və o səni buraxmır.

Şəhərdə insanlar bir birinə ilə görüşüb  “Necəsən?” deyir. Amma o “necəsən” elə-belə sual deyil. O “necəsən” illərin həsrəti, göz yaşının qırağında titrəyən təbəssümdür.

Uşaqlar şəhərin mərkəzində yerləşən parkda  oynayır. Mən baxıram və düşünürəm: “Hə, xoşbəxtlik elə budur.”
Böyük sözlərdə yox xoşbəxtlik odur ki, axşam doğma  elinin sakinləri həmsöhbət olub. Köhnə günlərdən olub keçənlərdən danışırsan. Uzun ayrılıqdan sonra qayıtdığın şəhərdə  it də səni tanıyıb quyruğunu bulayır.

Bir gün yenə səhər tezdən həyətə çıxdım. İşə piyada gedirdim. Günəşdə doğuşdu quşlar ötürdü. Və düşündüm ki, biz torpağa qayıtmadıq. Əslində, torpaq bizi çağırdı.

Və o çağırışa heç kim yox deyə bilməz.

Çünki bura bizim evimizdi. Biz burda xoşbəxt idik, xoşbəxtik, və inşallah həmişə də xoşbəxt olacağıq.

Şamxal Adıgözəlov

1455317

1455316

1455318

1455315

1455314

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu