Modern.az

"AzerGold" daşıma yollarında ekoloji təşəbbüs reallaşdırıb

"AzerGold" daşıma yollarında ekoloji təşəbbüs reallaşdırıb

Aktual

14 Avqust 2025, 11:56

"AzerGold" QSC tərəfindən ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının artırılması məqsədilə növbəti ekoloji təşəbbüs reallaşdırılıb.

Cəmiyyət tərəfindən Göygöl rayonunun Zurnabad, Gəncə qəsəbəsi, Daşkəsən rayonunun Quşçu kəndi ətrafında yerləşən torpaq yollara “Dustex” adlı xüsusi toz əleyhinə reagent səpilib. Layihə ilkin olaraq 15 kilometrlik yolu əhatə edib.

“Dustex” reagentindən beynəlxalq təcrübədə torpaq yollar, tikinti sahələri və mədən ərazilərində tozun idarə olunması məqsədilə aktiv şəkildə istifadə edilir.

Sözügedən məhlul 100% təbii tərkibli, ağac və ya digər bitki mənşəli materiallardan alınan ekoloji cəhətdən təhlükəsiz, torpaq və yeraltı su üçün zərərsiz, bioloji parçalanan və təbiətdə iz qoymayan reagent olmaqla xüsusilə quru və küləkli hava şəraitində tozun havaya qalxmasının qarşısını effektiv şəkildə alır.

Bu təşəbbüs kənd əhalisinin sağlamlığına və həyat keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, bölgədə ekoloji tarazlığın qorunmasına, tozlanmaya qarşı su sərfiyyatının kəskin azaldılmasına xidmət edir.

"AzerGold" QSC-nin bu təşəbbüsü şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Cəmiyyət bundan sonra da yerli icmalarla əməkdaşlıq şəraitində sözügedən layihəni, eləcə də ekologiya və sosial rifah sahəsində müxtəlif təşəbbüslərin icrasını davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu