Modern.az

7 ayda qatarlara 29 dəfə daş atılıb

7 ayda qatarlara 29 dəfə daş atılıb

Aktual

15 Avqust 2025, 15:33

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 29 dəfə daş atılıb.

Modern.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, relslər üzərinə 24 dəfə kənar əşyaların qoyulması halı qeydə alınıb: "Qatarlara daş atılması və dəmir yoluna kənar əşya qoyulması nəticəsində sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranır, qatara ciddi zərər dəyir və maşinist qatarı təcili saxlamalı olur ki, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır”.

Bu qanunsuz və məsuliyyətsiz əməli törədənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun cərimələnirlər.

ADY bir daha qatarları və dəmir yollarını qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu