Modern.az

Tramp Putinlə görüşə yollandı - Bu heyəti apardı - Yenilənib

Tramp Putinlə görüşə yollandı - Bu heyəti apardı - Yenilənib

Aktual

15 Avqust 2025, 16:24

ABŞ Prezidenti Donald Tramp bu axşam rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün bir qədər öncə Alyaskaya yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Alyaska ştatının Ankoric şəhərinə hansı heyəti aparacağı məlum olub.

Modern.az xəbər verir ki, Ağ Evin məlumatına görə, Tramp özü ilə dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və xüsusi elçi Stiven Vitkoffu aparacaq.

Trampın nümayəndə heyətinə həmçinin ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ prezidentinin katibi və köməkçisi Stiven Çun, Karolin Levitt və Nik Luna daxildir. Trampın spikeri Ross Vorthington və köməkçisi, Ağ Ev aparatının icraçı katibi Vill Scharf da onunla birlikdə Ankoricə uçur.

Xatırladaq ki, Tramp-Putin görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov daxildir. Rusiyanın müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov da sammitdə iştirak edəcək.

Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriev də sammitə qoşulacaq. Rusiyanın RDIF suveren sərvət fonduna rəhbərlik edən Dmitriev əvvəllər Trampın xüsusi nümayəndəsi Steve Vitkoff ilə danışıqlar aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu