Modern.az

Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək - Tarix elan olundu

Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək - Tarix elan olundu

Aktual

15 Avqust 2025, 17:22

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5, 6, 7, 8 və 9-cu siniflərinə qəbul imtahanı keçiriləcək.

Modern.az xəbər verir ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yayıb.

Bildirilib ki, 26 avqust tarixində ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili də nəzərdə tutulur.

İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

"Nəzərinizə çatdırırıq ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək", - məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu