Modern.az

Miqrantlara ailələrini gətirmək qadağan edilsin! - Rus deputat

Miqrantlara ailələrini gətirmək qadağan edilsin! - Rus deputat

Aktual

18 Avqust 2025, 12:47

Pul qazanmaq üçün gələn əmək miqrantlarına ailələrini Rusiyaya gətirmək qadağan edilməlidir.

Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov deyib.

Onun sözlərinə görə, o zaman Rusiyada uşaq bağçaları və məktəblərdə kifayət qədər yer olacaq.

Deputat bildirib ki, Rusiyaya gələn əcnəbilərin çoxu işləmək fikrində olmasa da, arvad-uşağını bura gətirirlər.

“Gəlsinlər, işləsinlər, pul qazansınlar və ölkələrinə qayıtsınlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu