Modern.az

Azərbaycanlı prodüser Rusiyaya buraxılmadı - SƏBƏB

Azərbaycanlı prodüser Rusiyaya buraxılmadı - SƏBƏB

Aktual

19 Avqust 2025, 12:00

“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

Modern.az bu barədə "olay"a istinadən xəbər verir.

Belə ki, ötən günlərdə Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyu keçirilib. Gecəyə dəvət alanlardan biri də Xalq artisti Miri Yusif olub. O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.

Əvvəlcə ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün səni Rusiyaya buraxmırıq” deyilsə də, məsələnin məğzi başqa olub.

Belə ki, müxtəlif illərdə jurnalist və aparıcılıq fəaliyyəti ilə məşğul olan Emin Əfəndi son illər Teleqram kanalında aktivlik göstərir. Siyasi, mədəni və digər sahələrlə bağlı şərhləri ilə diqqət çəkir.

Eminin ölkəyə buraxılmama səbəbi isə şəxsi teleqram kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub. Onun söylədiyi həqiqətlər “qonşu”larımızı qıcıqlandırıb.

Emin Əfəndi açıqlamasında faktı təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal