Modern.az

İki rayona yeni prokuror TƏYİN EDİLDİ

İki rayona yeni prokuror TƏYİN EDİLDİ

Aktual

20 Avqust 2025, 15:03

Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov vəzifəsindən azad edilib. Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.

Baş prokurorun digər bir əmr ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal