Modern.az

Sabah iki rayonda qaz olmayacaq

Sabah iki rayonda qaz olmayacaq

Aktual

21 Avqust 2025, 15:19

Sabah Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində "ölcü qovşaqları"nın quraşdırılması məqsədi ilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində cəmi 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində cəmi 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama