Avqustun 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, Təhlükəsizlik Şurasının ofisindən verilən məlumata görə, Qriqoryan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində Vaşinqtonda əldə edilmiş razılaşmaları təqdim edib və əmin olduğunu bildirib ki, regionda bütün bölgə dövlətlərinin maraqlarına cavab verən sülh artıq bərqərar olub. O, regional kommunikasiyaların açılması və bunun verdiyi iqtisadi imkanlar məsələsinə də toxunub, eyni zamanda onların bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.
Öz növbəsində Şoyqu Rusiya prezidenti Putinlə ABŞ prezidenti Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrini təqdim edib.
Həmsöhbətlər Ermənistan-Rusiya gündəliyi ilə bağlı məsələləri də müzakirə ediblər.