Modern.az

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti - Əliyev və Paşinyan da dəvət olunub

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti - Əliyev və Paşinyan da dəvət olunub

Aktual

22 Avqust 2025, 09:37

20-dən çox ölkənin lideri və 10 beynəlxalq təşkilatın rəhbəri Çinin şimalında, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və əlaqədar tədbirlərdə iştirak edəcəklər.

Modern.az xəbər verir ki, ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək. Bu, beşinci dəfədir ki, ŞƏT-in illik sammiti Çində keçirilir.

Çin lideri Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və ŞƏT Plus iclasına sədrlik edəcək.

Sammit çərçivəsində Si Cinpin liderlər üçün rəsmi nahar verəcək və iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək. Rusiya Prezidenti Vladimir Putin, BMT Baş katibi Antonio Quterreş, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və Malayziya Baş naziri Anvar İbrahim tədbirə qatılacağı təsdiqlənən adlar arasındadır. Ümumilikdə 20-dən çox dövlət başçısının və bir sıra beynəlxalq təşkilat rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da sammitə dəvət olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama