Modern.az

Daha bir qurumda Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

Daha bir qurumda Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

Aktual

22 Avqust 2025, 11:24

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Müşahidə Şurasına yeni üzvlər təyin edilib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin olunublar.

Qeyd edək ki, Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Şuranın əvvəlki üzvləri aşağıdakı şəxslər idi:

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini

Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama