Modern.az

Daha bir xəstəxanaya direktor təyin edildi

Daha bir xəstəxanaya direktor təyin edildi

Aktual

22 Avqust 2025, 16:28

Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Modern.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Bahadır Allahverdi oğlu Əhmədov sözügedən vəzifəyə təyin olunub.

Qeyd edək ki, Bahadır Əhmədov "N" saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb xidməti polkovniki "Vətən uğrunda" medalı ilə təltif edilib. O, Vətən müharibəsi dövründə cəbhənin ən qaynar bölgəsində yüzlərlə yaralımızın həyatının xilas edilməsində böyük xidmətlər göstərib.

Xatırladaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib.

1456871

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama