Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.
Modern.az xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Gülzar İslam qızı Tahirova təyin olunub.
G.Tahirova bu təyinatadək adıçəkilən departamentdə direktor müavini vəzifəsində çalışıb.