Modern.az

Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı

Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı

Aktual

25 Avqust 2025, 16:02

Rusiya-Ukrayna müharibəsində həlak olan 23 yaşlı Maksim Şaripovun anası oğlunun məzarı başında ölüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Transbaykal vilayətinin Baley şəhərində baş verib.

Qeyd olunur ki, rusiyalı qadın tez-tez oğlunun məzarını ziyarət edirmiş və bu gün qəbiristanlıqda onun ürəyi dözməyib. Onun meyiti oradakı işçilər tərəfindən aşkar edilib.

Maksim Şaripov tank batalyonunda xidmət edib və 2022-ci ilin oktyabrında Otradnoye kəndi yaxınlığında ölüb. Onun nəşi iyun ayında dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...